AZ   EN   RU


Məqsəd

Azərtikintiinvest MMC 1992 –ci ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamı ilə yaradılmış Təsərrüfatlararası Dövlət Layihə -Mənzil Tikinti Birliyinin idarələrindən birinin bazasında yaradılmışdır. Şirkət bütün növ tikinti-restavrasiya işlərini həyata keçirir. Şirkətimiz hər bir layihəni, kiçik və ya böyüklüyündən asılı olmayaraq, tam cavabdehliklə, yüksək səviyyədə və tələb olunan zamana kimi yerinə yetirərək təhvil verir. Müasir tikinti şirkəti olaraq məqsədimiz təhlükəsiz, keyfiyyətli və ekoloji cəhətdən təmiz, standartlara və sifarişçinin tələbinə cavab verən tikinti işləri həyata keçirmək, sifarişçilərimizin etimadını doğrultmaq və tərəfdaşlarımızla uzunmüddətli iş birliyi qurmaqdır. Bu gün şirkətimizdə işə cəlb olunan peşəkar kollektivimiz, şirkətin qarşısında olan məqsədə çatmaq üçün qət edəcəyimiz yolu daha da asanlaşdırır. Uzun illər tikinti sənayesində təcrübə keçmiş memar və mühəndislər, usta və fəhlə qrupları böyüklüyündən və kiçikliyindən asılı olmayaq hər bir layihənin vaxtında və keyfiyyətlə yekunlaşdırmaq uğrunda səmərəli fəaliyyət göstərməkdədirlər. 

Şirkətimiz günümüzün tələbinə uyğun olan işlərə imza atdığından, götürdüyü işləri sifarişçinin tələbinə tam uyğun yerinə yetirmək üçün öz maddi-texniki bazasını hər zaman möhkəmləndirir. Müasir tikintidə istifadə olunan ağır texnika və tikinti avadanlıqlarını  xarici şirkətlərin yerli bazardakı nümayəndəliklərindən və yaxud bir başa xaricdən alaraq tikintidə istifadə edirik.

Bundan əlavə, tikintidə istifadə etdiyimiz tikinti materiallarının və tikinti alətlərinin  alınması və istifadəsi üçün yerli və xarici bazarın avadanlıq, alət və tikinti materialları istehsalında artıq sözünü demiş şirkətlərlə əməkdaşlıq edirik.

Məqsədimiz -Azərtikintiinvest MMC və yaratmış olduğumuz Konsorsium olaraq yerinə yetirdiyimiz və hal-hazırda üzərində işlədiyimiz yeni proyektlərlə Ölkəmizə və Dövlətçiliyimizə xitmət etmək, gələcəkdə daha böyük mühəndis infrastruktur layihələrinə imza atmaqdır.

 

 

 

 

 

image
image
image
image
image
image
image
image
image
image
image
image
image