AZ   EN   RU


Haqqımızda

AZƏRTİKİNTİİNVEST MMC 2009-cu ilin sentyabrında yaradılaraq rəsmi şəkildə qeydiyyata düşmüşdür. Yaradılan gündən şirkət Azərbaycan inşaat bazarına daxil olub. 2009-2015-ci illər ərzində şirkət tikinti, infrastruktur, abadlıq və memarlıq layihələrini icra edərək böyük təcrübədən keçib. Şirkət yaranandan bəri 30 mln. ABŞ dolları məbləğinə qədər layihələr həyata keçirmişdir.

AZƏRTİKİNTİİNVEST MMC-nin profilinə əsasən sənaye və mülki binaların inşaası, mühəndis infrastruktur şəbəkələrin quraşdırılması (su təchizatı və kanalizasiya), boru kəmərlərinin diaqnostikası aiddir. İnşaat sahəsində təcrübə qazanaraq  AZƏRTİKİNTİİNVEST MMC 21 dekabr 2013-cü ildə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə Alyans müqaviləsi bağlamışdır.

2014-cü ilin əvvəlindən AZƏRTİKİNTİİNVEST MMC bölgə üzrə tikinti bazarları ilə ünsiyyət qurmaqdadır. Şirkət Gürcüstan, Qazaxıstan, Türkiyə, Rusiya, İran kimi ölkələrin tikinti bazarlarına çıxmaq niyyətindədir. Bunun nəticəsi olaraq aşağıdakı konsorsium yaradılıb, o cümlədən:

1.  AZƏRTİKİNTİİNVEST MMC 
2.  AZƏRAİNŞAAT MMC
3.  İŞ İNVEST MMC
4.  AZTİ İNVEST MMC
5.  AZTİ GEORGİA LTD
6.  AZƏRBAYCAN TİCARƏT KONSULLUĞU MMC 
7.  ENEL architectural
8.  VNS FINANCE LTD

Konsorsiumun əsas prinsiplərindən biri - tikintidə qabaqcıl texnologiyaya, tərəqqi və inkşafa nail olmaqdır.

 

 

 

 

image
image
image
image
image
image
image
image
image
image
image
image
image